XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 January 2020 - 18:20

Azərbaycan Premyer Liqasında onilliyin ən yaxşısı komandası bəlli olub –Cədvəl

Son günlərdə müxtəlif turnirlərdə son onilliyin ən yaxşıları açıqlanıb.

Apasport.az saytı Azərbaycan Premyer Liqasında son 10 ilin turnir cədvəlini tərtib edib.

2010-19-cu illərdə ölkə çempionatında 1562 oyun keçirilib. Bu matçlarda 19 müxtəlif klub qüvvəsini sınayıb.

4 komanda – “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Qəbələ” son 10 ildə Premyer Liqanın daimi iştirakçısı olub. Qələbəyə görə 3 xal prinsipi ilə hazırlanan onilliyin cədvəlindəki ilk 4 pillədə də bu komandalar qərarlaşıb.

Bütün göstəricilərdə böyük üstünlüyə malik olan “Qarabağ” siyahıda 1-cidir. “Neftçi” 2-ci sırada qərarlaşıb. Digər iki komanda isə 8 xal fərqlə 3-4-cü yerləri tutur. “Keşlə” “Qəbələ”dən kiçik fərqlə öndədir.

Bu 10 ildə Premyer Liqada 3563 qol vurulub.

Qeyd edək ki, texniki nəticələr oyun, qələbə və məğlubiyyət sayında əks olunsa da, top fərqində nəzərə alınmayıb.

1. Qarabağ 313 187 76 50

491-213

637
2. Neftçi 313 151 73 89

438-310

526
3. Keşlə 313 135 91 87

382-289

496
4. Qəbələ 313 133 89 91

397-311

488
5. AZAL 243 78 67 98

259-293

301
6. Xəzər Lənkəran 215 71 63 81

233-240

276
7. Sumqayıt 266 69 69 128

259-384

276
8. Bakı 179 59 53 67

194-215

230
9. Simurq 179 50 52 77

165-208

202
10. Zirə 134 51 40 43

152-146

193
11. Kəpəz 188 49 46 93

181-270

193
12. Rəvan 136 31 34 71

134-219

127
13. Turan 111 25 24 62

100-165

99
14. Səbail 70 21 13 36

57-100

76
15. Muğan 47 18 12 17

41-43

66
16. Sabah 42 10 10 22

34-59

40
17. Standard 15 5 3 7

21-16

18
18. MOİK 32 4 6 22

14-55

18
19. Karvan 15 2 5 8

11-27

11