XƏBƏR LENTİ

19 Fevral 2020
18 Fevral 2020

Digər Xəbərlər

22 Yanvar 2020 - 09:57

“Toyota” 3, 4 milyon avtomobilini geri çağırdı –Elektron sistemlərində nasazlıq var

 

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Toyota Motor Corp.” şirkəti elektron sistemində nasazlığa görə dünya üzrə 3,4 milyon ədəd avtomobilini geri çağırır. Həmin nasazlığın qəza zamanı təhlükəsizlik yastığının açılmasına problem yarada biləcəyi qeyd edilir.

Strateq.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə yanvarın 22-də “Toyota Motor Corp.” şirkəti özü məlumat yayıb.

Şirkətin bəyanatında qeyd edilir ki, bu nasazlığa görə, ABŞ-da 2,9 milyon ədəd avtomobil geri çağırılır. Bu avtomobillərin sırasında “Corolla” (2011-2019-cu illər), “Matrix” (2011-2013-cü illər), “Avalon” (2012-2018-ci illər) və “Avalon Hybrid” (2013-2018-ci illər) modelləri var.

Əlavə olaraq bildirilir ki, avtomobillərdə quraşdırılmış elektron blok qəza zamanı elektrik yayınmadan kifayət qədər müdafiə qabiliyyətinə malik deyil və bu, təhlükəsizlik yastığının işində problemlər yarada bilər.

Həmin nasazlığı aradan qaldırmaq üçün şirkət yayınmalara qaşı xüsusi müdafiə sistemi quraşdırmağı planlaşdırır.