XƏBƏR LENTİ

15 İyul 2020
14 İyul 2020

Digər Xəbərlər

24 Yanvar 2020 - 14:58

Dünyanın ən kiçik qızıl sikkəsi buraxılıb

İsveçrə zərbxanası dünyanın ən kiçik qızıl sikkəsini istehsal edib.

Trend-in məlumatına görə, üzərində Albert Eynşteynin məşhur şəkli əks olunan sikkənin dəyəri İsveçrə frankının dörddə birinə bərabərdir.

Qızıl sikkənin çəkisi 60 milliqram, diametri isə təxminən 3 millimetrdir.

Sikkədə təsvir olunan şəkli adi gözlə görmək mümkün olmadığı üçün pul böyüdücü şüşə və işıqlandırma qurğusu ilə birgə buraxılıb.