XƏBƏR LENTİ

01 Aprel 2020
31 Mart 2020

Digər Xəbərlər

20 Fevral 2020 - 09:03

Türkiyədə on yaşlı bir uşaq son beş ayda 250 kitab oxuyub

Türkiyə mətbuatında son zamanlar ən çox adı çəkilənlər arasında on yaşlı Atakan Kayalar da var.

Azərtac xəbər verir ki, dördüncü sinif şagirdi olan bu uşaq son beş ay ərzində 250 kitab oxuyub.

Maraq dairəsinə yaxın kitabların fəlsəfə, fizika, riyaziyyat, iqtisadiyyat və biznesin idarə edilməsi sahəsində olduğunu deyən Atakan jurnalistlərin “Böyüyəndə nə olmaq istəyirsən?” sualına “Prezident”-deyə cavab verib.

Məktəblinin, eyni zamanda çox gözəl şahmat oynadığını bildirən Türkiyə Şahmat Federasiyasının əməkdaşı Atakanın bu idman növü üzrə dünya çempionu ola biləcəyini, onun həmyaşıdlarından zehni cəhətdən əhəmiyyətli dərəcədə fərqləndiyini qeyd edib.