XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

05 Mart 2016 - 17:40

Satıcısı olmayan mağaza- Dünyada ilk dəfə

14571837735274339457_1000x669

İsveçin Viken şəhərciyində satıcısız və mühafizəçisiz ilk mini-supermarket açılıb. Artıq bir neçə aydır onların işini smartfon əvəz edir.

Azərtac xəbər verir ki, avtomatlaşdırılmış mini-supermarketin açılması ideyası informasiya texnologiyaları mütəxəssisi Robert Eliasona məxsusdur. O, insan əməyini tamamilə əvəz edən mobil proqram işləyib hazırlayıb. Mağaza gecə-gündüz işləməsinə baxmayaraq, qapısı həmişə bağlıdır. Alıcı içəri girmək üçün smartfonda proqramı aktivləşdirməlidir.

Mağazada kassa yoxdur, hesab ayda bir dəfə alıcının telefonuna göndərilir. Proqramda, həmçinin müştəriyə dəstək xidməti olacaq ki, alıcı mağazada hansı məhsulların çatışmadığını qeyd edə bildin. Mağazaya oğru girərsə, R.Eliasonun telefonuna dərhal bildiriş göndərilir.

Robert Eliason gələcəkdə ölkənin digər yaşayış məntəqələrində belə mağazalar inşa etməyi planlaşdırır. Bu cür supermarketlərin açılması ölkədə kiçik ərzaq mağazalarını bazardan sıxışdırıb çıxaracaq.