XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

05 Mart 2016 - 19:15

Dərini cavanlaşdıran komponent tapıldı

 

deri

 

Böyük Britaniyanın Nyukasl Universitetinin tədqiqatçıları insan dərisində qeyri-adi komponent aşkar ediblər.

 

Yaşa dolduqca bu komponentin fəallığının zəifləməsi dərinin labüd qocalmasına gətirib çıxarır. Söhbət mitoxondriya kompleksindən gedir. Bu kompleksin əmələ gəlməsi insan yaşa dolduqca azalır.

AZƏRTAC “Zee.News” saytına istinadla xəbər verir ki, britaniyalı alimlərin tədqiqatında 6 -72 yaş arasında 27 nəfər iştirak edib. Toxuma nümunələri günəş radiasiyasının təsirindən uzaq yerlərdə yaşayan könüllülərdən götürülüb. Eksperiment göstərib ki, mitoxondriya kompleksinin fəallığı yaşa dolduqca tədricən aşağı düşür. Bu komponent yaşlı adamlarda çox ləng əmələ gəlir.

Tədqiqatçılar belə qənaətə gəliblər ki, məhz bu kompleks dəri hüceyrələrində enerji yaradan müxtəlif vasitələr arasında əlaqələndirici vəsilədir. Buna görə mitoxondriya kompleksinin tədricən azalması dərinin qocalmasına, qırışların və başqa qüsurların əmələ gəlməsinə səbəb olur.

Alimlər bu məlumatlar əsasında yaşlanma əleyhinə innovasiyalı krem hazırlamaq, habelə insanın digər toxuma və orqanlarının qocalmasının sirlərini və səbəblərini tapmağa çalışacaqlar.