XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 17:14

Anarın əsəri İranda nəşr olunub

kitab

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin təşəbbüsü ilə Xalq Yazıçısı Anarın “Dantenin yubileyi” povesti “Böyük qurultay” adı ilə Tehranın “Noxbeqan” nəşriyyatında işıq üzü görüb.

AYB-dən bildirilib ki, kitabı əski əlifbaya çevirən Solmaz Təbrizli və çapa hazırlayan Səid Muğanlıdır.

ANAR

Qeyd edək ki, AYB-nin Güney Azərbaycan şöbəsi və “Yaşmaq” ədəbiyyat dərgisinin birgə fəaliyyəti nəticəsində son iki ildə İranda bir çox Azərbaycan yazıçılarının əsərləri, o cümlədən Xalq Yazıçısı Anarın “Nəsrin fəzası”, Kamal Abdullanın “Sehirbazlar dərəsi”, Vaqif Səmədoğlunun “Bu yolların yuxusunu kim görüb”, İsa Muğannanın “Doğma və yad adamlar”, Afaq Məsudun “Su iti”, Şahmar Ələkbərzadənin “Utanım yerinə, ay utanmayan!”, Mirəli Seyidovun “Bayram və bayramlıq”, İsmayıl Şıxlının “Ölüləri qəbiristanda basdırın”, Əlisəmit Kürün “Sonuncu dua” kitabları işıq üzü görüb. Hazırda Fikrət Qocanın “Dayanacaqda görüş” əsərləri çapa hazırlanır.