XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

02 May 2020 - 20:07

Tehranda “avtomobil kinoteatrı” təşkil olunub- FOTO

İranda əhalinin asudə vaxtının səmərəli təşkili və koronavirusun yayılmaması üçün xüsusi “avtomobil kinoteatrı” təşkil olunub.

Tehrandakı Milad qülləsi ətrafındakı geniş ərazidə böyük ekran quraşdırılıb və İranın milli istehsalı olan filmlər nümayiş edilir. Tamaşaçılar isə avtomobillərindən düşmədən filmi seyr edirlər. Çox da baha olmayan bileti internet üzərində də almaq olar.

“Kinoteatra” daxil olmazdan əvvəl avtomobillər dezinfeksiya edilir. Tehran sakinləri burada sosial məsafəni gözləməklə asudə vaxtlarını səmərəli keçirirlər. Açıq havada təşkil edilən “kinoteatrda” filmlər yalnız axşam vaxtları nümayiş edilir(azərtac).