XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

05 May 2020 - 18:29

 Həsən bəy Zərdabiyə məxsus 2 ədəd qədimi mis kasa tapıldı –Polislər tərəfindən + FOTO

Bir müddət əvvəl Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabiyə məxsus 2 ədəd qədimi mis kasanın rayonun Qoruqbağı kəndində bir nəfərdə olduğu müəyyən edilib. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, aydın olub ki, bu kasaları böyük mütəfəkkir həmin kənddə ailə quran cavanlara bağışlayıb.

İllər keçdikdən sonra həmin xanım bu kasaları ədibin ev muzeyinə bağışlamaq qərarına gəlib. Etibar etdiyi yaxın qohumu isə bu işə soyuq münasibət göstərib.

Zərdab Rayon Polis Şöbəsinə məlumat daxil olduqda polis əməkdaşları Tumarxan Ağayev və Murad Muradlı kasaları saxlayan şəxsi müəyyən edərək, onunla görüşüb bu eksponatların tarixi dəyərini izah ediblər, tariximizi qoruyub saxlamaq və gələcək nəsillərə ötürülməsi üçün kasaların muzeyə verilməsinin vacib olduğunu deyiblər. Həmin şəxs kasaları muzeyə təhvil veriblər.