XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 May 2020 - 23:50

Avropada pandemiya dövründə qucaqlaşmaq üçün qəribə üsul fikirləşiblər- FOTO

Görünür koronavirus pandemiyasının davam etməsi gündəlik həyatımızda hələ çox dəyişikliklərə səbəb olacaq. İndi insanlar ehtiyatla davranaraq, bir-biriləri ilə görüşdükdə, qucaqlaşmaq bir yana qalsın, heç bir-birilərinə əl də uzatmırlar. Əgər əl ilə görüşərkən əlcəklərdən istifadə etmək mümkündürsə, bəs onda nənələr nə etməlidirlər? Axı onlar nəvələrini uzun ayrılıqdan sonra gördükdə qucaqlamaq istəyirlər.

Avropalılar bu vəziyyətdən çıxış yolunu tapıblar. Onların yaratdığı qurğu insanları qucaqlaşarkən yoluxmadan qoruya biləcək. “Klubina” adlanan bu yeni ixtiraya nəvəni risk qrupuna daxil olan nənəsi sövq edib. Yoluxmadan qoruyacaq bu yeni qurğu vasitəsilə insanlar bir-birilərinə toxunmadan qucaqlaşa biləcəklər(azərtac).