XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

31 May 2020 - 09:20

Azərbaycanda şəhər mərkəzində ayı görünüb –FOTO/VİDEO

Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub. 

Bu barədə Şəki Regional Ekologiya İdarəsindən məlumat verilib.

Bildirilib ki, idarənin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir: “Vətəndaşlardan xahiş edilir ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar”. /Report