XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2020 - 11:07

Yer kürəsinə bənzər iki yeni planet tapılıb

Beynəlxalq alimlər kollektivi “Kepler” kosmik teleskopunun məlumatlarını təhlil edərək, biri öz fiziki xarakteristikasına görə Yer kürəsinə olduqca bənzəyən iki planet aşkar ediblər.

Strateq.az “Report”a istinadla xəbər verir ki, daha öncə aparılan tədqiqatlarda “Kepler-160b” və “Kepler-160c” ekzoplanetlərinin ulduzun ətrafında fırlandığı müəyyənləşdirilmişdi.

“Kepler-160” ulduzu isə Yer kürəsindən 3000 işıq ili məsafədə yerləşir. Ulduzun parlaqlığının dəyişkənliyinin fiziki modelini ətraflı tədqiq edən alimlər “KOI-456.04” adlandırdıqları potensial ekzoplaneti aşkar ediblər.

“KOI-456.04”ün dövretmə periodu 378 gün təşkil edir. Bundan başqa, tədqiqatçılar güman edirlər ki, bu planetdə su mövcuddur.

Alimlərin bildirdiyinə görə, hələlik “KOI-456.04”ün planet olması ehtimalı 85% təşkil edir. Onlar “KOI-456.04” haqqında daha dəqiq məlumatlar əldə etmək üçün 2026-cı ildə işə salınması nəzərdə tutulan “Plato” kosmik teleskopunun missiyasına ümid bəsləyirlər.