XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

05 İyul 2020 - 09:11

Növbəti Ay tutulması başlayıb –İlin üçüncü ay tutulması

İlin üçüncü Ay tutulması hadisəsi başlayıb.

Yarımkölgəli Ay tutulması hadisəsi saat 09:52-də sona çatacaq.

Tutulmanın maksimumu saat 08:31-də müşahidə olunacaq.

Bu təbiət hadisəsini cənub-qərbi Avropa, Afrikanın və Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünəcək.

Tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə olunmayacaq.

Məlumat üçün bildirək ki, sonuncu, 4-cü Ay tutulması noyabrın 30-da baş verəcək.

Qeyd edək ki, 2020-ci ildə ümumilikdə 6 tutulma hadisəsi (2-si Günəş, 4-ü isə Ay) müşahidə olunacaq. /Report