XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

23 İyul 2020 - 22:36

Çində dünyanın ən uzun “3D” körpüsü qurulub

Çinin şimalında yerləşən Hebey Politexnik Universiteti ən uzun üçölçülü (“3D”) körpünün yaradılması üzrə yeni dünya rekorduna imza atıb.

Azərtac xarici saytlara istinadla xəbər verir ki, “3D” texnologiyası vasitəsilə inşa edilən 28,1 metrlik konstruksiya “Ginnesin Rekordlar Kitabı” tərəfindən sertifikatlaşdırılıb. Rekordçunun prototipi qismində 1400 ildən çox tarixə malik Hebey əyalətindəki Çjaoçjoutsyao tağşəkilli daş körpüsü çıxış edib.

Körpü strukturunun 1:2 miqyaslı “3D” çap prosesi Hebey Politexnik Universitetinin professoru Ma Qoveyin başçılıq etdiyi tədqiqat qrupu tərəfindən həyata keçirilib.

Antszitsyao kimi də tanınan Çjaoçjoutsyao körpüsü Hebey əyalətinin Çjaosyan qəzasında Syaohe çayı üzərində qurulub. O, Sui sülaləsi dövründə tikilib (581-618-ci il).