XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

27 İyul 2020 - 15:47

Kataloniyalıların Messi sevgisi:500 uşağa Leo adı verilib

İspaniya “Barselona”sının kapitanı Lionel Messinin adı komandanın təmsil etdiyi Kataloniya bölgəsində olduqca məşhurdur.

“Marca”nın məlumatına görə, bu, yerli statistika institutunun apardığı araşdırma nəticəsində üzə çıxıb.

Bəlli olub ki, 2019-cu ildə Kataloniyada yeni doğulmuş 500 körpəyə Leo adı verilib. Bu isə anadan olmuş oğlan uşaqlarının ümumilikdə 8,22 faizini təşkil edir. 2010-cu ildə bu göstərici 136 nəfər, 2017-ci ildə isə 433 nəfər olub.

Regionda ən populyar ad isə Markdır. Bu isim 622 körpəyə qoyulub. Kataloniyada ən sevimli qız adları isə Yuliya və Martinadır.

Qeyd edək ki, Lionel Messi bütün karyerasını “Barselona”da keçirib. O, 2019/2020 mövsümündə La Liqada 33 oyuna 25 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. Messi hər iki göstəricidə ən yaxşı seçilib. (report)