XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2020 - 22:03

Kişilər onlayn ticarətdə qadınlardan daha çox pul xərcləyir –Bank

Rusiyada kişilər onlayn ticarət zamanı qadınlardan 30% daha bədxərcdirlər.

Bu, “Russkiy standart” bankının apardığı araşdırma nəticəsində məlum olub.

Rusiyalıların onlayn ticarətdə xərclədikləri orta hesab adi mağazada xərclədikləri məbləğdən ikiqat çoxdur – 2 101 rubl 1 033-ə qarşı.

Bundan başqa, məlum olub ki, kişilər qadınlardan məişət xidmətlərinə 64%, uşaq məhsullarına 62%, hobbilərə 60%, səyahətə isə 53% daha çox pul xərcləyirlər.

Bildirilib ki, adi mağazalarda da kişilərin çekindəki məbləğ 23% daha yüksək olur.  (report)