XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

09 Avqust 2020 - 16:23

ABŞ-da prezidentliyə namizədi yarasa dişləyib –Co Corqensenə quduzluğa qarşı iynə vurulub

ABŞ-da prezidentliyə namizədi yarasa dişləyib.

Bu barədə Libertarian Partiyasının prezidentliyə namizədi Co Corqensen “Twitter”də paylaşım edib.

Corqensen yazıb ki, bu səbəbdən Missisipidə seçkiqabağı kampaniya çərçivəsində ilk mitinqini keçirə bilməyib. Çünki yarasanın dişləməsi ilə əlaqədar quduzluğa qarşı dərman vurdurmalı olub.

Corqensen yarasanın onu hansı şəraitdə dişlədiyinə aydınlıq gətirməyib.

Qeyd edək ki, Libertarian Partiyası de-fakto ABŞ-da prezident seçkilərində qələbəyə iddialı deyil, çünki demək olar ki, bütün seçicilər Demokrat və Respublikaçılar partiyaları arasında bölünüb. Bununla belə, sosioloji sorğular C. Corqensenin 2 faiz səs ala biləcəyini göstərir/APA.