XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

26 Avqust 2020 - 10:55

Apple su üzərində mağaza açacaq- Yeni layihə

ABŞ-ın “Apple” şirkəti Sinqapurun Marin-Bey körfəzində açılacaq yeni bir pərakəndə mağaza layihəsini açıqladı.

Trend-in məlumatına görə, bu barədə “The Verge” xəbər verib.

Məlumata əsasən, bu şirkətin ilk üzən mağazası olacaq və suyun üzərində yerləşən futuristik tərzdə inşa ediləcəkdir.

Hal-hazırda şirkət binanın kənardan necə görünəcəyi ilə bağlı yalnız kiçik bir təqdimat videosu yayımladı.

Mağaza dünyada sayca 512-ci “Apple Store”un pərakəndə nöqtəsi və Orçard-rouddan sonra Sinqapurda üçüncü olacaq. Həmçinin mağaza hava limanında yerləşən Jewel Changi ticarət mərkəzində ikinci mağaza olacaq.