XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

26 Sentyabr 2020 - 20:12

Çardaqdan tapılmış köhnə çaydan yarım milyon dollara satıldı- FOTO

Britaniya sakininin çardaqdan tapdığı, Çin imperatoru Syan-lunun hakimiyyəti dövrünə aid köhnə çaydan hərracda 495 min dollara satılıb.

Çaydan keçmiş sahibi babasının əşyanı Birinci Dünya müharibəsi zamanı Böyük Britaniyaya Asiyadan gətirdiyini bildirib. O etiraf edib ki, əvvəlcə çaydanı antik əşyalar dükanına satmaq istəyib, lakin sonra ekspertlə məsləhətləşmək qərarına gəlib.

Lotun start qiyməti təxminən 50 min dollar olub. Lakin səkkiz nəfərin qiyməti dayanmadan artırması səbəbindən çaydan bundan on dəfə baha satılıb. Onu hərracın Londondan olan anonim iştirakçısı alıb.