XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2020 - 21:45

Ultrabənövşəyi robotlar – virusa qarşı yeni Avropa silahıdır- FOTO

200-ə yaxın İspaniya dövlət xəstəxanası Avropa Komissiyasından sterilizasiya edən robotları alacaq ilk müştərilər arasındadır.

Bu cihazlar virusun yayılmasını məhdudlaşdırmağa kömək edir və məhdud ərazilərdə mövcud olan patogenlərin 99,99 faizini məhv etməyə qadirdir. Xəstəxana otağını sterilizasiya etmək üçün robota yalnız 10 dəqiqə vaxt lazımdır.

Avropa Komissiyasının Sağlamlıq Təhlükəsizliyi Komitəsindən verilən məlumata görə, bu cihazlar Avropa və dünyanın xəstəxanalarında uğurla istifadə olunur.

İlk robot sterilizatorlar Danimarkanın Blue Ocean Robotics şirkəti tərəfindən bu ölkənin Odense bölgəsindəki xəstəxanalar ilə əməkdaşlıq şəraitində hazırlanıb. Avropa İttifaqında bu cihazlar, hədəflərindən biri yeni rəqəmsal dövrdə Avropa sənayesini dəstəkləmək olan İnformasiya Cəmiyyəti və Media Baş Müdirliyi tərəfindən təşviq olunur.

Avropa Komissiyası robotların epidemioloji vəziyyətə və hər bir ölkənin ehtiyaclarına uyğun olaraq paylanacağını bildirir(azərtac).