XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2020 - 21:53

“Dəlikli” göydələnlər- FOTO

Son illər Honkonqun arxitekturasında unikal müasir texnologiyalara daha çox üstünlük verilir.

Çinin tikinti şirkətləri xüsusilə də yaşayış binalarının inşasında şərq fəlsəfəsinin əsaslarından biri olan fenşuy prinsipindən istifadə edir. Fenşuya əsaslanan bu qeyri-adi həllərdən biri də göydələnlərin ortasında böyük “dəliyin” açılmasıdır.

Mütəxəssislər bu cür hündürmərtəbəli binaların layihə və inşasının heç də asan olmadığını bildirirlər. Onların fikrincə, “dəliklər” binanın ventilyasiya sistemini yaxşılaşdırmaqla yanaşı, gözəl mənzərə yaradır. Burada hətta yaşıllıqlar salmaq da mümkündür(azərtac).