XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

31 Mart 2016 - 12:49

Qusar sakini helikopter hazırladı –Foto, Video

qusar-helikopter

Qusar rayon sakini helikopter düzəldib.

Rayon sakini Mirzəxan İmamquliyev 6 ildir ki, üzərində çalışdığı helikopteri ərsəyə gətirə bilib.

M.İmamquliyev bildirib ki, helikopteri hazırlamaq üçün 15 avtomobilin müxtəlif ehtiyyat hissələrindən istifadə olunub:

"Hazırladığım helikopterə Ukrayna istehsalı olan "Zaparojets" markalı avtomobilin mühərrikini qoymuşdum. Lakin həmin mühərrikin gücü az olduğundan dəyişərək yerinə "VAZ 2103"  markalı avtomobilin mühərrikini qoydum".

Helikopter hazırlamaq uşaqlıq arzusu olduğunu deyən M.İmamquliyev işlərin 95 faizinin yekunlaşdığını bildirib.  O əlavə edib ki, hazırladığı helikopter sentyabr ayında uçuşa hazır olacaq. 

Qeyd edək ki, bu holikopterin hazırlanması üçün bu günə qədər 3 000 manatdan artıq vəsait sərf olunub.

Report.az