XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

03 Dekabr 2020 - 08:30

Dünyada ilk dəfə süni ətin satışına icazə verildi

Sinqapurun hakimiyyət orqanları dünyada ilk dəfə laboratoriya şəraitində hazırlanmış ətin satışına icazə verib. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Sinqapurun Ərzaq Agentliyinin bəyanatında deyilir.

“Daxil olmuş təklifləri qiymətləndirərək və onların təhlükəsizliyini müəyyən edərək, Amerikanın “Eat Just” şirkətinə Sinqapurda süni toyuq ətini satmağa icazə verilməsi barədə qərar qəbul olunub”, – xəbərdə deyilir. Bu halda agentliyin rəhbəri Tan Li Kim qeyd edib ki, əməkdaşlar təhlükəsizliyi qiymətləndirməyə davam edəcəklər. Bununla yanaşı, ekspertlərlə sonrakı konsultasiyalar keçiriləcək, həmçinin bazara daxil olacaq yeni məhsullar araşdırılacaq.

“Eat Just” şirkətinin nümayəndələri isə bildiriblər ki, “laboratoriya şəraitində alınmış ət mikroblar baxımından əhəmiyyətli dərəcədə təmizdir. “Keçirilmiş analizlər həmçinin daha yüksək zülalın, müxtəlif amin turşularının, faydalı piylərin və mineralların miqdarlarını göstərdi”, – şirkətdə qeyd ediblər.