XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

16 Dekabr 2020 - 17:14

Honkonq xarici ölkə vətəndaşları üçün ən bahalı şəhərdir

Honkonq əcnəbi mütəxəssislər üçün dünyanın ən bahalı şəhəri reytinqinə başçılıq edir.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “ECA International” konsaltinq agentliyinin illik məruzəsində deyilir.

“COVID-19 pandemiyasının iqtisadi nəticələrinə baxmayaraq, Honkonq ölkədə çalışan xarici işçilərin yaşaması üçün ən bahalı şəhərdir. Bu, meqapolisdə evlərin qiymətinin həddən artıq baha olması ilə əlaqədardır”, – deyə “ECA International” agentliyinin Asiya bölməsinin direktoru Li Kueyn bildirib.

Reytinqin ilk üç pilləsində, həmçinin Tokio və Nyu-York şəhərləri də yer alıb. Onların ardınca isə Cenevrə, Sürix, London, Təl-Əviv, Seul, San-Fransisko və Yaponiyanın İokoqama şəhərləri gəlir.

Ən bahalı şəhərlər siyahısında ilk iyirmiliyə Çinin materik hissəsinin dörd meqapolisi – Şanxay (11-ci yer), Quançjou (15-ci yer), Şençjen (17-ci yer) və Pekin (18-ci yer) daxildir. Bununla yanaşı, Çində bu il benzinin qiymətində 15 faizlik ucuzlaşma müşahidə edilib.

Qeyd edək ki, “ECA International” konsaltinq agentliyinin hazırkı hesabatında əmtəə və xidmətlərin istehlak səbəti (o cümlədən kommunal xərclər), habelə valyuta məzənnəsi müqayisə olunur.