XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Dekabr 2020 - 09:43

Astronom Aleksandr Yakuşeçkin:"Sabah Yupiter və Saturnun böyük birləşməsi baş verəcək"

Kosmosda Yupiter və Saturnun böyük birləşməsi 21 dekabr axşamı müşahidə edilə bilər.

Bu barədə astronom Aleksandr Yakuşeçkin məlumat verib.

Rusiyada bu astronomik hadisə ən yaxşı cənub bölgələrində müşahidə ediləcək.

Astronomun sözlərinə görə, 21 dekabr 2020-ci ildə yer üzündə yaşayan insanlar Yupiter və Saturnun birləşməsi deyilən çox möhtəşəm bir hadisəni izləyə bilər.

Aleksandr Yakuşeçkin onu da bildirib ki, astronomiyada planetlərin birləşməsi müşahidəçi üçün səma sferasında vizual yaxınlaşma anıdır, planetlər arasında isə böyük bir məsafə ola bilər. /APA