XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Yanvar 2021 - 09:53

İlon Maskın sərvəti 200 milyard dolları keçib –İlk dəfə olaraq

“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Maskın sərvəti ilk dəfə olaraq 200 milyard dolları keçib.

Bu barədə “Bloomberg” agentliyi hesablama aparan “Bloomberg Billionaires Index”ə (BBI) istinadən yazıb.

10 yanvar tarixinə olan məlumata əsasən, Maskın sərvəti 14,5 milyard dollar artaraq 209 milyard dollara çatıb.

Yanvar ayının əvvəlində Mask “Amazon”un yaradıcısı Ceff Bezosu geridə qoyaraq, ilk dəfə dünyanın ən varlı adamları siyahısında 1-ci yerə yüksəlib. Həmin ərəfədə İ.Maskın sərvəti 195 milyard dollara qədər artmışdı və Bezos 185 milyard dollarlıq kapitalla ikinci yerdə qərarlaşmalı olub. C.Bezos 2017-ci ildən bəri  1-ci yerdə idi.

Bu dinamika “Tesla” şirkətinin səhmlərinin qiymətinin artımı ilə əlaqələndirilir. /APA