XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Mart 2021 - 20:03

“Instagram” canlı yayımda iştirak edənlərin sayını artırıb

“Instagram” sosial şəbəkəsində istifadəçilər öz canlı yayımlarına 3 nəfərədək insanı qoşa biləcəklər. “Live Rooms” adlı yeni funksiya martın 1-dən əlçatan olub.

Yeni funksiya istifadəçilərə öz auditoriyası ilə qarşılıqlı əlaqə qurmaq, həmçinin tok-şoular keçirmək imkanı yaradacaq. Bundan başqa daha bir gəlir əldə etmə üsulu olacaq.

“Biz “Instagram” sosial şəbəkəsində canlı yayımda üç nəfərin iştirakına imkan verən “Live Rooms” funksiyasını təqdim edirik. Əvvəllər canlı yayımda yalnız bir nəfərin iştirakı mümkün idi, amma indi üç nəfərin iştirakı mümkündür”, – deyə sosial şəbəkənin məlumatında bildirilir(azərtac).