XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2021 - 22:32

Çində dünyanın ən böyük planetariumu inşa olunub- FOTO

Çinin maliyyə mərkəzi olan Şanxay şəhərində dünyanın ən böyük planetariumu inşa olunub.

Ümumi sahəsi 38 min kvadratmetr olacaq planetarium əsas və yardımçı tikililərdən, o cümlədən gənclər üçün nəzərdə tutulan tədqiqat mərkəzi və iki ictimai rəsədxanadan ibarətdir. Planetariumun sərgi hissəsində ziyarətçilər 70-ə yaxın müxtəlif meteoritdən hissələr, həmçinin ayın, Marsın və Vesta asteroidinin artefaktlarını görəcəklər. Bundan başqa, kolleksiyaya İsaak Nyutonun, Qalileo Qalileyin, Nikolay Kopernikin və digər alimlərin orijinal əl işlər də daxil edilib. Planetariumun maarifləndirici proqramlarına isə faktların vizual təqdimi, biometriya və süni intellekt texnologiyalarına geniş yer verilib.

Şanxay elm və texnologiyalar muzeyi tərəfindən reallaşdırılan layihənin tikintisinə 2016-cı ildən start verilib. Plan üzrə əsas binalar 3 hissədən – Okulos, çevrilmiş günbəz və sferadan ibarətdir. Bu hissələr birlikdə gecə ilə gündüzün dəyişməsi əsasında nəhəng astronomik görünüş yaradır. Kompleks bayırdan fantastik filmlərdə görməyə alışdığımız iri kosmik gəmini xatırladır.

Planetariumun ətrafında olan piyada keçidləri isə elə salınıb ki, onlar qalaktik spiral xətlərinə bənzəyir. Binanın inşasında ekoloji təmiz tikinti materialları və kompleksin funksiyalarının təmin edilməsində ən son yaşıl texnologiyadan istifadə olunub(azərtac).