Vladimir Leninin cəsədinin Mavzoleydə saxlanılması Rusiyaya bu il 13 milyon rubla başa gələcək.
Bu barədə aprelin 12-də “goszakup.gov” saytı məlumat yayıb.
Leninin cəsədinin saxlanması ilə dərman və ətirli bitkilər üzrə elmi-tədqiqat institutu məşğuldur. Sifarişçi isə Federal Mühafizə Xidmətidir. Cəsəd Qızıl meydandakı mavzoleydə 1924-cü ildən saxlanılır.