XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

16 Aprel 2016 - 17:04

Bu texnologiya binaları zəlzələdən qoruyacaq- FOTO

14608062955681914468_1000x669

Seysmik zonalarda lazımi norma və texnologiyalara riayət olunmaqla inşa edilən yeni binalar təhlükəsizlik qaydalarına tam cavab verir. Lakin bu iş böyük həcmdə investisiya qoyuluşu tələb olunur.

Azərtac xəbər verir ki, yapon istehsalçıları ənənəvi yanaşma üsuluna effektiv əvəzetmə təklif ediblər. Yerli alimlər tərəfindən yaradılmış “CABKOMA Strand Rod” adlı çox bərk material termoplast rezinlə sarınmış karbon lifi əsasında hazırlanır.

Karbon lifinin müasir növləri yüngül çəkisi və inanılmaz möhkəmliyi ilə seçilir. Karbon lifindən hazırlanmış sapların elastikliyi sayəsində onları quraşdırmaq çox sadədir. Bunun üçün vint bərkidilmə üsulu və yapışqandan istifadə kifayətdir.

Yeni texnologiyanı nümayiş etdirmək üçün “Komatsu Seiten” şirkətinin istehsalçıları tərəfindən dəvət edilmiş tanınmış memar Kenqo Kum və “Ejiri Structural Engineers” şirkətində çalışan mütəxəssislər şirkətin mənzil-qərargahında “CABKOMA Strand Rod” saplarından istifadə etməklə zəlzələ əleyhinə sistem qurublar.