XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 June 2015 - 06:23

Yer kürəsinin qədim sakinləri – nəhəng insanlar

Dünyanın çoxlu əfsanələri azman, nəhəng insanlardan danışır. Uzağa getməyək – “Kitabi-Dədə Qorqud”da Basatın öldürdüyü Təpəgöz kim idi? Dastandakı məlumata görə, bu azman varlıq Oğuz ellərinin çobanı ilə pərinin, yəni mələyin təmasından törəyib.

Azərbaycanın və dünyanın bir çox nöqtələrində arxeoloji qazıntı zamanı aşkarlanmış əndazəsiz insan sümükləri kimlərdən və nələrdən xəbər verir? Sadəcə, oxucunun yadına salaq ki, bizim arxeoloqlar bu cür nəhəng insan sümükləri tapılmış qəbirlri “oğuz qəbirləri” adlandırıb. Deməli, bizim əcdadlarımız azmanlar olub? Belədirsə, onda indiyədək bizə öyrədilən bütün ehkam biliklər bir anda alt-üst olur. Hələ təkamül nəzəriyyəsini demirik…

Məsələnin digər tərəfi bundan ibarətdir ki, göz qabağında bu qədər saysız-hesabsız faktlar ola-ola, niyə rəsmi elm insanın mənşəyi haqqında öz fikrini hələ də dəyişmək istəmir?

2005-2006-cı illərdə Saxara səhrasında dünyanı şoka salan 200-ə yaxın qəbir aşkarlanıb. İnsan qalıqlarının yaşı, təxminən, 5 000 ildir və hamısının boyu iki metrdən artıqdır.

Nəhəng insan qalığı Türkiyədə də aşkarlanıb. Onun ayaq sümüyünün uzunluğu 120 sm-dir. Bundan çıxış etsək, bu adamın boyu 5 metr olmalıdır.

çində boyu 3-3,5 metr, çəkisi isə 300 kq olan insanın qalıqları tapılıb.

Antropoloqlar Avsrtaliyada uzunluğu 67, eni 42 mm olan daşlamış insan dişi aşkarlayıblar. Hesablamalara görə, diş sahibinin boyu 7,5 metr, çəkisi 370 kq olmalıdır. Analizlər tapıntının yaşını müəyyən edib – 9 milyon il.

Mağaraların birində çənə sümüyü tapılıb. İnsan sümüyünə oxşarlığına baxmayaraq, tapılmış sümüyün ölçüləri anormal dərəcədə böyükdür.

Ehtimal olunur ki, qədim dövrlərin bütün abidələrini – Misir ehramlarını, Stounhenc qurğularını, Sfinksi məhz bu azmanlar inşa ediblər. Alimlərin fikrincə, azmanlar elə bizdən əvvəlki irqin təmsilçiləridir. Onlar qeyri-adi psixi enerji və “həyat gücü”nə sahib olublar.

Arilər irqi Atlantida sivilizsiyasının ağuşunda 1 milyon il əvvəl meydana çıxıb. Bu gün yaşayan yerlilərin istisnasız olaraq hamısı arilərdir. Erkən arilərin boyu 3-4 metr olub, sonradan boy kiçilib.

Antropoloqlar hətta Peruda inklərin daş üzərindəki şəkillərini tapıblar. Bu təsvirlər göstərir ki, insanlar dinozavrlarla yanaşı yaşayıblar. Alimlər bu təsvirləri tutuşdurub təəccüblü bir fakt aşkarlayıblar: insanla dinozavr, təxminən, eyni nisbətlərə malikdir! Ola bilsin ki, dinozavrlar dövründə insan-azmanlar yaşayırdılar. İnsan dinozavrın ağzının yanındadır, dinozavrın isə başı kəsilib…

Azmanların qalıqları, demək olar, dünyaın hər yerində tapılır: Meksika, Peru, Pensilvaniya, Tunis, Texas, Filippin, Suriya, Mərakeş, Avstraliya, İspaniya və Gürcüstanda.

Strateq.az