XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2015 - 07:06

İşə götürülən zaman verilən ən cəfəng suallar

Həyatda belə şeylər olur: bizi pis vəziyyətdə qoyan suallar verirlər. Bəs bu, söhbət vaxtı baş versə? Axı o, məhz onun üçün düşünülüb ki, zəif idiaçıları başdan eləsinlər və bəzi çətin suallara, bəzən isə, sadəcə, cəfənglərinə hazırlaşmaq mümkün deyil. BBC-nin müxbiri işə götürülərkən söhbətləşmə zamanı verilən ən qəribə suallar barədə öyrənmək üçün Quora saytına müraciət edib.

Sarsılmış Adam Nyuman yazır: “Məndən soruşdular ki, “Meyiddən canınızı necə qurtararsınız?”, “Korun istifadə edəcəyi ədviyyat üçün dolabı necə düzəldəcəksiniz?”, “Güney parkı” multserialında ən çox sevdiyiniz seriya hansıdır?” Və bütün bunlar bircə söhbətdə.

Oyuncaq sənayesinin indiki top-meneceri Kit Boeski yay üçün böyük hüquq şirkətinə götürülərkən firmanın başçısı ondan soruşdu: “Tərəvəz olmaq imkanınız olsaydı, hansı tərəvəz olardınız?”

Hazır geyimlərin tikişi üzrə firmaya işə qəbul edilərkən Som Tivardiyə sanki adi bir sual verdilər: “Dəbə münasibətiniz necədir?” Tivari yazır: “Lakin mən peşəcə proqramçıyam və məni proqramlaşdırma ilə bağlı işə götürdülər”.

Bəzilər üçün söhbətləşmə birbaşa qəbul otağında başlayır. İş adamı Fernando Qutiyerres söhbət aparan meneceri, demək olar, bir saat gözləyib. Ondan daha on beş dəqiqə gözləməyi xahiş edəndə rədd edib, çünki təyyarəyə yubanırdı.

Qutiyerres yazır: “Gözləmək xahişini mənə katibə çatdıdı və getdiyimi görəndə mat qaldı. Onun müdiri ağır xasiyyəti ilə tanınmışdı və adamlar, adətən, ona söz qaytarmırdılar. Düşünürəm ki, kiminsə ona etiraz etməyi ürəyinə yatdı, sonda mənə zəng etdi və mən işə girdim”.

Sonrakı hadisələr adamı tam mənasilə şoka salır.

Dayenn Felder nağıl edir: “Lap çoxdan – kollecdən sonra işə götürüləndə söhbəti aparan adam soruşdu ki, hamiləliyin qarşısını almaq üçün hansı üsullardan istifadə edirəm”.

Sualını belə izah etdi ki, şirkət dərhal hamilə qalan qadın əməkdaşı öyrətməyə vaxt və pul itirmək niyyətində deyil.

Dayenn əlavə edir: “özümü alçalmış hiss etdim. Təsəvvür edə bilərsinizmi ki, bu gün kimsə belə bir sual verilsin?”

Hazırda cinayət işləri üzrə vəkil işləyən Filipp Rozmarin yazır ki, reklam mətnlərinin tərtibatçısı işləyərkən gənc kopirayterlərlə söhbət aparmaq onun vəzifəsinə aid idi. O, kabinetin divarında lap başının üstündə Adolf Hitlerin portretini elə asımışdı ki, vəzifəyə namizəd bunu görməyə bilməzdi. Filipp öz təcrübəsini bölüşür: “Biz bir qadını işə götürdük. çünki onda cürət var idi: “Bu andır portret burada neyləyir?”

Söhbətləşmənin onlar üçün tamam başqa bir yön aldığı xoşbəxtlər də var.

Qadın menecer alim Nitin Quptaya belə bir sual verib: “Sizi işə götürməsəm, mənimlə görüşə çıxmağa razılaşarsınızmı?”

Qupta yaxşı başa düşürdü ki, bu firmada vəzifə alsa, korporativ etiket bu qadınla görüşməyə yol verməz. Və işi yox, onu seçdi.

Enjela Hənşel

“BBC” (Böyük Britaniya), 06.06.2015