XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

10 May 2016 - 11:09

Dünyanın ən bahalı almazı: 63 milyon dollar- FOTO

Kanadanın dağ-mədən şirkəti «Lucara Diamond Corporation» 63 milyon dollara 813 karatlıq nəhəng almaz satıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu, işlənmədən belə yüksək qiymətə satılan ilk qiymətli daşdır.

Üstəlik şirkət bu daşdan hazırlanan hər zinət əşyasının satışından 10 faiz gəlir əldə edəcək. Şirkətin təmsilçisi iyun ayında daha qiymətli daşı satışa çıxaracağını da bildirib.