XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

11 May 2016 - 14:39

Laçının işğalına başçılıq edən erməni komandir öldü –59 yaşında

lacin-2

 

Azərbaycanın Laçın rayonunu işğal etmiş erməni komandirlərdən biri – Karen Kazaryan 59 yaşında İrəvanda dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, Karen Kazaryan həm də Qarabağda bir çox cinayətlərə imza atmış “Arabo” silahlı birləşməsinin qurucularından biri olub. 

Karen Kazaryan Azərbaycanla bağlı məkrli işğal planlarına Azərbaycanın Göygöl rayonundan başlayıb. O, Çaykəndə hücum edən erməni silahlı birləşmələrinə rəhbərlik edib.

Ermənilər nə qədər “Arabo” barədə qəhrəmanlıq dastanı yaratmağa çalışsalar da, bu, silahlı birləşmə Ermənistan tarixinə bir çox utancverən səhifələr yazıb. Adını Türkiyənin Sasun vilayətində fəaliyyət göstərmiş erməni qaçaqlardan biri – Stepanos Mxitaryanın ləqəbindən götürmüş silahlı birləşmə, 1990-cı illərdə Livandan gəlmiş 200 ermənidən təşkil edilib və Qarabağa göndərilib. Daha sonra İrəvanın və Ermənistanın başqa şəhərlərindən zorla gətirilmiş gənclər qruplaşmaya daxil edilib.

Lakin qruplaşmanın Qarabağ fəaliyyəti elə də parlaq olmayıb. 29 iyun 1992-ci il tarixində “Arabo”nun yüzlərlə üzvü Əsgəran şəhəri yaxınlığında mühasirəyə düşərək ölüb. “Arabo” Horadiz əməliyyatında da yüzlərlə təcrübəsiz erməni gəncini qırğına verib. Ermənistan rəhbərliyi bu gəncləri itkin kimi qələmə verir.

Buna baxmayaraq, Ermənistanda Karen Kazaryan qəhrəman sayılır, çünki Azərbaycanın alınmaz qalası sayılan Laçının işğalına rəhbərlik edib.