XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 May 2016 - 16:43

Qidalanmada şəkərin azaldılmasıuşaqların sağlamlığını cəmi on günə möhkəmləndirir

seker

Oxuyacağınız sizə reklam matreialı kimi görünə bilər, lakin ABŞ Milli institutunun maliyyələşdirdiyi tədqiqatlar göstərdi ki, uşaqların qida payında şəkərin azaldılması onların sağlamlığını inanılmaz dərəcədə yaxşılaşdıra bilir.

Strateq.az gearmix.ru-ya istinadən xəbər verir ki, alimlər 43 uşağın piylənməsini müayinə edərək aşkarlayiblar ki, əlavə edilmiş şəkərdən imtina və ya onun miqdarının azaldılması cəmi on gün ərzində uşaqların sağlamlığının yaşılaşmasına səbəb olur. Tədqiqatlara qatılmış uşaqlar təkcə piylənmədən deyil, həm də maddələr mübadiləsi, yüksək qan təzyiqi və xolesterinin yüksək səviyyəsi kimi xroniki pozğunluqlardan əziyyət çəkirdilər. Qidanın kalorisində və digər yağlı qidaların istifadəsində dəyişikliklər olmadığına baxmayaraq, uşaqlarda qan təzyiqi və xolesterinin səviyyəsi, bəzilərinin isə hətta çəkisi də azalıb.

Təcrübənin gedişində şirin təamlar adi xörəklərlə əvəz edilib. Uşaqlara istədikəri qədər yağlı xörəklər yemək imkanı verilib. Bəzi uşaqlarda böyrək və qara ciyərin fəaliyyəti yaxşılaşıb, bəziləri isə təcrübə zamanı “doyğunluq” hissi haqda məlumat veriblər.

Eyni zamanda 43 iştirakçıdan 42-i yeni pəhrizi dadlı hesab etdiyini bildirib.

Amerikada artıq bəzi mütəxəssislər şirin qidalara vergilərin artırılması təşəbbüsü ilə çıxış ediblər.