XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2015 - 21:57

Roma rəqəmləri haqqında nə bilirik?

romareqemi-1.jpg

Hazırda “Roma rəqəmləri” dediyimiz say işarələrini tarixdə ilk dəfə Romalılar istifadə etdikləri üçün bu adı almışdır.

Qaynaqlar əski romalıların bu işarləri insan əlinin barmaq görüntüsündən götürdüyünü yazır. Roma rəqəmləri 7 işarədən ibarətdir:

I – 1

V – 5

X – 10

L – 50

C 100

D – 500

M – 1000

Roma rəqəmlərindən istifadə edərkən əməl olunası bir sıra şərtlər var:

1. Eyni işarə ən çox 3 dəfə yanaşı yazıla bilər;

2. Bir ədəd işarəsinin sağ tərəfinə özündən daha kiçik olan işarə yazılarsa, toplanaraq oxunur. Məsələn, XII =12, LXXVIII =78, DCCXX=720 kimi və sair.

3. İşarə solda olduqda isə çıxılaraq oxunur. Məsələn, IX =9, XC =90, CD =400, DM=900 kimi və sair.

4. Böyük işarənin həm sağına və həm də soluna daha kiçik ədəd işarəsi yazılaraq fərqli saylar alına bilir. Məsələn, CMLII =952, XLVIII =48, CDLXV =465 və sair.

5. Roma rəqəmi ilə işarə oluna bilən ən böyük say 3888 sayıdır. Həmin say belə yazılır: MMMDCCCLXXXVIII

Hazırda “ərəb sayları” deyilən işarələrdən istifadə olunduğu üçün daha çətin işarə olan Roma rəqəmlərindən geniş istifadə olunmur. Bu məqamda deməliyik ki, ərəb rəqəmləri adlanan və hazırda istifadə etdiyimiz say işarələri əslində Hindistanda meydana gəlmişdir. Hindistandan ərəblərə, sonralar isə Avropaya yayılmışdır.

Avropa orta yüzilliklərdən başlayaraq ərəb rəqəmlərindən istifadə etməyə başladı. Lakin bəzi dairələr, əsasən də ticarətlə məşğul olan insanlar Roma rəqəmlərindən istifadəyə üstünlük verirdi. çünki Roma rəqəmləri ilə toplama və çıxma əməliyyatlarını yerinə yetirmək daha asan idi. Məsələn, 88-dən (LXXXVIII) 21 (XXI) çıxmaq üçün 88-in içindən 21 sayını ifadə edən 3 işarəni silirdilər, nəticə 67 (LXVII) qalırdı.

Strateq.az