XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

14 May 2016 - 14:38

Alimlər:"Uşaqlarda piylənmə ana bətnində başlayır"

Uşaqlarda piylənmə riski hələ ana bətnində yaranır. Alimlər xəbərdarlıq edirlər ki, hamilə qadının qanında şəkərin yüksək səviyyədə olması isə daha böyük təhlükə doğurur.

“Daily Mail” xəbər verir ki, Britaniya alimləri apardıqları tədqiqat nəticəsində bu qənaətə gəliblər. Onların fikrincə, qanda şəkəri normal səviyyədə olan qadınlara nisbətən diabetdən əziyyət çəkən ananın orqanizmində yağ 16 faiz çox olur.

Statistikaya görə, İngiltərədə hər il 120 min hamilə qadına diabet diaqnozu qoyulur. Ananın qanı cift vasitəsilə uşağın orqanizminə keçərək onda şəkərin yüksəlməsinə səbəb olur. Eyni zamanda, belə anaların südünü içən uşaqlarda piylənməyə meyillilik artır.

Böyük Britaniyada isə hər 11 yaşlı uşaqdan üçünün artıq çəkisi var. Alimlər deyirlər ki, belə uşaqlar xərçəng, ürək-damar xəstəliklərinə daha çox məruz qalırlar. Odur ki, piylənmə ilə mübarizəyə hələ uşaq ana bətnində ikən başlamaq lazımdır(azərtac).