XƏBƏR LENTİ

08 Mart 2021
07 Mart 2021
06 Mart 2021

Digər Xəbərlər

26 May 2016 - 20:26

Ayı kəndə və uşaq bağçasına hücum etdi, maşına zərər vurdu, inəyi parçaladı –Azərbaycanda şok olay

ayi

Bu gün Oğuz rayonunun Xalxal kəndi yaxınlığında yerləşən meşə sahəsindən ayı kəndə hücum edib. 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib. 

O bildirib ki, kənd camaatı səs-küy salmaqla ayını meşə sahəsinə qaytarmağa cəhd etsə də, ayı kəndə daxil olub, bir inəyə xəsarət yetirib, bir avtomobilə ziyan vurub.

Raqub Mirzəyev qeyd edib ki, ayı sonra uşaq bağçasının həyətinə daxil olub: “Həmin vaxt orada 50-dən çox uşaq olub. Belə olan halda həmin bağçanın yanında yaşayan Fazil Şükürov ayıya atəş açaraq öldürüb. Xoşbəxtlikdən heç bir uşaq xəsarət almayıb”.

O əlavə edib ki, hazırda ayının quduz olub-olmamasını müəyyən etmək üçün Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən araşdırmalar aparılır. 

APA