XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2015 - 10:25

Dəli hökmdarlar – Maraqlı

Müxtəlif ölkələrin hökmdarları cürbəcür əcaib hərəkətləri özlərinə caiz biliblər. Biri öz atını konsul səviyyəsinə qaldırıb, digərləri saraylarda əsil zoopark təşkil edib, üçüncülər düyü dənəsinin əvəzinə mirvari görüb, dördüncülər adamları bir ucdan edam etdirib və onlar üçün heç nəyin dəyəri yox idi… Bu məqalədə ən qəribə və təəccüblü vərdişləri ilə ad çıxartmış yeddi hökmdardan söz açılacaq.

1. Babilistan hökmdarı II Navuhodonosor (e.ə. 604–562-ci illər): vəhşi heyvanların içində yaşayış

Yəqin ki, insanlığın bütün tarixi ərzində ən divanə hökmdarlardan biri Babilistan padşahı II Navuhodonosor olub. Danil peyğəmbərin “Əhdi-ətiq”in bir hisəsi olan kitabında onun düçar olduğu psixi pozğunluğun – likantropiyanın maraqlı təsviri yer alıb. Ona elə gəlirdi ki, vəhşi heyvana çevrilir. Rəvayətə görə, bu özbaşına padşah yəhudilərin Allahına inanmadığna görə bu azara düşüb. Buna görə də xəstəlik ağırlaşarkən saraydan qaçır və yabanı təbiətdə vəhşi heyvanların arasında yaşayırdı.

2. Roma hökmdarı Kaliqula (12-41-ci illər): “Mənim atıma saray tikin!”

Kaliqula kimi məşhurlaşmış Qay Yuli Avqust Germanik Qədim Romanın üçüncü imperatoru idi. O, Roma imperatorları arasında qəddarlığı və törətdiyi qanunsuzluqlarla ad çıxartmış qardaşı oğlu Nerondan da müstəbid idi. Kaliqula israfçılıq, sadizm, əcaib hərəkət və sərəncamlarına görə məşhurlaşmışdı. Hətta bir dəfə öz əsgərlərinə əmr etdi ki, dənizi qarət etməkdən ötrü balıqqulaqlarını dəbiləqələrinə yığsınlar!

Kaliqula başqa bir vaxt legionerlərə tapşırdı ki, sevimli atı İnsitatla üzərində çapa bilməyi üçün üçkilometrlik üzən körpü inşa etsinlər. İmperator öz atını rəsmən Roma senatının üzvü etmişdi. Qurumun iclaslarında atı senatorlar kimi geyindirir və hətta onu ən fəxri yerə qoyurdu. Bundan başqa, Kaliqula sevimli at üçün təmtəraqlı saray inşa etməyi planlaşdırırdı və arzusunu həyata keçirdə bilmədi, çünki sui-qəsdçilər tərəfindən öldürüldü.

3. İvan Qroznı (1547–1584): “Mən öldürürəmsə, deməli, varam!”

Bütün Rusiya üzərində öz hakimiyyətini qurmuş ilk çar IV İvan olub. Onun ayamsı bütün təbəələrində vahimə və böyük nifrət doğururdu. O, Moskvanın nüfuzunu Şərqi Avropaya yaya bildi və çoxsaylı islahatlar keçirdi, hakimiyyəti mərkəzləşdirməyə və çarın nüfuzunu möhkəmlətməyə nail oldu. İvan Qroznı həmçinin gizli polis yaratdı. Bu polislər həmişə qapqara libasda olar və sərt xasiyyətləri ilə seçilərdilər. çar öz boyar və zadəganlarına verdirdiyi sadist işgəncə və əziyyətlərdən xüsusi həzz alırdı.

IV İvan 1564-cü ildə taxt-tacdan imtina etmək qərarına gəldi, lakin sonradan fikrini dəyişdi və ölkəni idarə etməyə qayıtdı. Lakin hakimiyyətdə daha çox qaldıqca onun işgəncə və qətllərə meyli daha da artırdı. Məsələn, yaxınlarından birinin satqınlığı üzündən əmr etdi ki, rus zadəgan soylarının, təqribən, 12 min təmsilçisi edam edilsin. Qiyama qalxmaq cəhdinə görə, Novqorod sakinlərinin xeyli hissəsi onun əmri ilə çayda boğduruldu. Qroznı o həddə çatdı ki, tacın varisi olan böyük oğlunu əsa ilə öldürdü.

Bütün bu vəhşiliklərə baxmayaraq, İvan Qroznının idarəçilik dönəmi əvvəlki və sonrakılarla müqayisədə Rusiya tarixində ən sakit dövr sayılır və ölkə xeyli dərəcədə gücləndi. Rus padşahı 55 yaşında şahmat oynayarkən ürək tutmasından öldü və onun vəfatından sonra Rusiyada yenə də qatışıqlıq və mühaibələr başlandı.

4. Müqəddəs Roma İmperiyasının kralı II Rudolf (1552–1612): sarayda zooloji park

Hakimiyyəti çağdaş Macarıstan, Xorvatiya və Avstriyaya yayılmış II Rudolf Avropa İntibahı dövrünün ən əcaib hökmdarları sırasına aid olunur. O, zəmanəsinin ən böyük kolleksionerlərindən biri idi və incəsənətə, elmə, okkultizmə güclü şəkildə aludə olmuşdu. Onun Praqadakı sarayında pələnglər, şirlər, oranqutanq və hər cür quşlar daxil olmaqla ən müxtəlif heyvanlar saxlanırdı və daha çox zooparka oxşayırdı.

Bütün bunlardan savayı, II Rudolf müxtəlif yelərdə saxladığı nadir təbii materiallardan və sənət əsərlərindən kolleksiya toplayırdı. Kral bütün həyatı boyu melanxoliyadan əziyyət çəkir, səyahət və əyləncə əvəzinə, tərki-dünyalıq və tənhalığa üstünlük verirdi.

II Rudolf dövlət işləri ilə məşğul olandan sonra boş vaxtını öz sarayında keçirdir və yalnız təkdənbir çıxışlar edərdi. Kral öz varidatının xeyli hissəsini o dövrdə yaşamış iki məşhur astronomun – elmdə əsil çevriliş hazırlamış Tito Brage və İohan Keplerin saxlanmasına sərf etdi.

Monarx incəsənət, astronomiya, əlkimya və müxtəlif okkult elmlərə o qədər aludə oldu ki, vaxt keçdikcə qardaşı ölkədə hakmiyəti ələ keçirtdi, Rudolfa isə ölümündən qabaq ancaq imperator rütbəsi qalmışdı.

5. Böyük Brtitaniya kralı III Georgi (1783–1820): hədsiz dərəcədə sadəlövh və dedikcə xəstə

Georq Uilyam Frederik və yaxud sadəcə III Georgi Böyük Britaniya və İrlandiyanın kralı olub. XIX əsrin məşhur ingilis şairi Persi Bişi Şelli şerlərinin birində kralı aşağıdakı kimi təsvir edib: qocadır, ağlını itirib, son dərəcə sadəlövhdür, melanxolik və olduqca xəstədir. III Georgidəki psixi xəstəlikərin nişanələri onun hakimiyyətinin lap əvvəlində – 1765-ci ildə üzə çıxdı, lakin 1810-cu ilədək durum o qədər də böhranlı deyildi. Bir ildən sonra parlament III Georginin namizədliyini irəli sürdü və o, faktiki olaraq hakmiyyət sükanını ələ keçirtdi. III Georgi üsyanların dalbadal baş verdiyi çox mürəkkəb bir dövrdə hökmdarlıq etməli oldu. Amerika və Fransa inqilabları və Napoleonun müharibələri məhz onun hakimiyyəti dövrünə düşdü. Tibb tarixi ilə məşğul olan bəzi mütəxəssislər hesab edirlər ki, III Georgi porfiriyadan – piqment mübadiəsinin pozulması ilə bağlı ola irsi xəstəlikdən əziyyət çəkib. Onun gözünə görünmələrin və paranoyanın səbəbi məhz bu xəstəlik oldu və vaxt keçdikcə müxtəlif ağrı sindromlarının üzə çıxması ən sonda kralı işdən tamamilə uzaqlaşmağa məcbur etdi.

6. çin imperatoru çju Houçjao (1491–1521): xəyali mirvarilərlə oyunlar

çinin Min sülaləsinin hökmdarlar içində imperator çju Houçjaonun çox pis nüfuzu olub. O, sərsəm hərəkətləri, müstəbidliyi və özbaşınalığı ilə ad çıxartmışdı. Məlumdur ki, çju çjao hökmdarlığı dövründə
dövlət işindən daha çox sevgi macəraları ilə məşğul olub. Onun hakimiyyəti illərində korrupsiya, sadə camaatın üzərinə qoyulmuş vergi ağlasığmaz miqyasa çatdı və həmişə artırdı, hakimiyyəti isə faktki olaraq xədimlər idarə edirdlər.

çjudakı pisixi pozğunluğun əlamətlərindən biri əkiz qardaşı, general Ju Şou ilə daim apardığı xəyali söhbət idi. O dövrün mənbələri yazır ki, imperator qafil və primitiv insan idi.

Qaynaqlar xəbər verir ki, çju Houçjao bəzən hesab edirdi ki, düyü sıyığını mirvaridən bişirirlər və hərdən öz xəyalında onunla oynamağa başlayırdı.

7. Bavariya hökmdarı II Lüdovik (1845–1886): kralın sirri

Operanın qızğn həvəskarı, əzəmətli qəsrlərin inşaatçısı, səxavətli mesenat, sonralar devrilərək qətlə yetirilmiş kral – “dəli kral” kimi tanınmış II Lüdovik Bavariyalının qısa xatakteristikası budur. Lüdovikin ən məşhur əsəri Bavariya təpələrindəki Noyşvanştayn qəsri oldu. Kral incəsənəti dəlicəsinə sevir və ona hər cür dəstək verirdi.

18 yaşında kral vəzifəsini tutub teziklə öz kumirni – alman bəstəkarı Rihard Vaqneri saraya dəvət etdi. Lüdovik Vaqnerin əsas mesenatlarından biri oldu və maddi baxımdan ona böyük dəstək verdi. Lüdovik qeyri-adi gözəlliyi olan Noyşvanştayn qəsrinin tikintisinə görə xeyli borca düşdü. 1886-cı ildə müəyyən dairələrdə monarxın ağlının başında olmadığı haqda fitnəkar məlumat hazırlandı. Yeri gəlmişkən, həkimlər onu heç yoxlamamışdılar da. Nəticədə qərar qəbul edildi ki, kralı taxtdan devirmək lazımdır. Əlahəzrətin əla üzgüçü olduğu bilinsə də, səhəri gün kralın və şəxsi həkiminin cəsədləri göldən tapıldı.

Sonradan bu qəribə həlakın təhqiqatına yasaq qoyuldu. Buna görə də kralın “özüm və başqaları üçün əbədi müəmma olaraq qalmaq istəyirəm” sözləri peyğəmbərcəsinə çıxdı.

“İntixab” (İran), 14.06.2015