XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 16:36

Azərbaycan ən çox siqaret çəkən ölkələr siyahısına düşdü –SİYAHI

siqaret

Azərbaycan dünya ölkələri arasında siqaret çəkənlərin sayına görə 13-cü yer tutur.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında deyilir. Məlumata əsasən, əhalinin sayına görə ən çox siqaret çəkən insanlar Monteneqroda qeydə alınıb. Bu ölkədə hər yetkin şəxsə ildə 4124 siqaret düşür. Bu isə günə 11,3 siqaret edir.

Statistikaya əsasən, ilk beşlikdə Belarus, Livan, Makedoniya və Rusiya kimi ölkələr yer alır.

İlk iyirmilik belədir:

1. Çernoqoriya

2. Belarus

3. Livan

4. Makedoniya

5. Rusiya

6. Sloveniya

7. Belçika

8. Lüksemburq

9. Çin

10. Bosniya və Hersoqovina

11. Çexiya

12. Qazaxıstan

13. Azərbaycan

14. Yunanıstan

15. Cənubi Koreya

16. Avstriya

17. İordaniya

18. Ukrayna

19. Estoniya

20. Macarıstan

Əhalisi ən az siqaret çəkən ölkə Qvineyadır.

APA