XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2016 - 16:36

Yaponiyalı 96 yaşındauniversitet bitirib

Yaponiyanın Takamasu şəhərinin 96 yaşlı sakini Siqemi Hirata “Ginnesin rekordlar kitabının” versiyasına görə, dünyanın ən yaşlı ali məktəb məzunu adını qazanıb.

Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Hirata 1919-cu il sentyabrın 1-də doğulub. 2005-ci ildə 85 yaşında ikən poeziya ilə ciddi məşğul olmaq qərarına gəlib və Kioto Sənət və Dizayn Universitetinə qəbul olunub. Təhsilini başa vurmaq üçün ona 11 il vaxt lazım gəlib.

“Mənim növbəti hədəfim 100 il yaşamaqdır. Əgər o zaman yaxşı formada olsam, təhsilimi davam etdirmək və alimlik dərəcəsi almaq barədə düşünəcəyəm”, – deyə Hirata təbəssümlə deyib.

Hazırda Siqemi Hiratanın 2 övladı, 5 nəvəsi və 4 nəticəsi var.