XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2016 - 10:20

Dünya boksunun əfsanəsi –Muhamməd Əli – Portret

Ali

Русская служба BBC (Böyük Britaniya), 04.06.2016

 

Əfsanəvi boksçu Muhamməd Əli Parkinson xəstəliyi il 30 ildən çox mübarizədən sonra 75 yaşında ABŞ-da vəfat etdi. İdmançı iki gün öncə respirator xəstəliklə çatdırıldığı Arizona ştatında Feniks şəhərinin xəstəxanasında keçindi.

Əli ağır çəkidə dünya çempionu titulunu üç dəfə udmuş yeganə boksçu idi. Demək olar, 20 illik idman karyerası ərzində 37-i nokautla bitən 56 döyüşü uddu. Dünya titulunu ilk dəfə 1964-cü ildə özünün əsil adı ilə – Kassius Kley – Sonni Listonla yarışda qazandı. Buna qədər peşəkar boksçu kimi onun hesabında cəmi 12 görüş var idi və hamısı onun qələbəsi ilə başa çatmışdı.

1967-ci ildə orduda xidmətdən imtinadan sonra çempion rütbəsindən məhrum  edildi, həmçinin ona ABŞ ərazisində döyüş keçirmək və xaricə getmək yasaqlandı.  

Döyüş keçirməyə yasağın ləğvi Əliyə 1974-cü ildə Corc Formanla döyüşdə çempion titulunu qaytarmaq imkanı verdi. 1978-ci ildə Leon Spinkslə döyüşü uduzduqdan sonra elə həmin il titulu qaytarmağa nail olub bu qayda ilə üçüncü dəfə dünya çempionu oldu.

 

Rinq döyüşçüsü

 

Muhamməd Əli Kentukki ştatının Luisvill şəhərində tərtibatçı rəssam Kassius Kley və ev sahibəsi Odessa Kleyin ailəsində dünyaya gəlib. 12 yaşında parlaq karyeraya başlamış kiçik Kassius Kley 1960-cı ildə yarıağır çəkidə Olimpiya qızıl medalı qazandı. Əli olimpiya oyunlarında qələbədən sonra döyüşlərdə müntəzəm qələbə və nadir özünüreklam bacarığı ilə seçilən peşəkar boksçu karyerasına başladı. Əli döyüşdən əvvəl raundun nəticəsini söyləyirdi və çox vaxt gerçək çıxırdı. 1964-cü ildə Sonni Listonla döyüşdə altıncı raundun sonunda qalib gəlib ağır çəkidə dünya çempionu oldu. Növbəti üç ildə döqquz döyüş keçirib titulu qorudu. Elə həmin il ABŞ-ın qaradərili müsəlmanlarının hərəkatından ruhlanıb İslamı qəbul etdi və adını dəyişib Muhamməd Əli qoydu.

Orduda xidmətdən imtina karyeranın birinci mərhələsinin sonu oldu: Ümumdünya boks assosiasiyası onu çempion titulundan məhrum edib bunu Co Freyzerə verdi. Əli cərimə ödədi və həbsxanya düşməmək üçün idman karyerasını dayandırmağa məcbur oldu. Bir neçə ildən sonra rinqə qayıda bildi və 1974-c ü ildə Co Freyzer üzərində parlaq qələbə çaldı. Lakin bu ona çempion titulu gətirmədi, çünki Freyzer əvvəllər Corc Formanla döyüşdə titulu uduzmuşdu.

Əli 1974-cü ildə Zairdə Formanı səkkizinci raundda nokauta salıb ağır çəkidə çempion titulunu geri qaytardı. O vaxt onun 32 yaşı var idi və tarixdə çempion titulunu qaytarmış ikinci adam oldu.

Co Freyzer 1975-ci ildə Muhamməd Əli ilə döyüşdə çempion titulunu qaytarmağa cəhd etdi, lakin uğursuzluqla üzləşdi.

 

Brejnyevin hədiyyəsi

 

Muhamməd Əli soyuq müharibənin qızğın çağında 1978-ci ildə SSRİ İdman Komitəsinin dəvətiylə Sovet İttifaqında oldu. Burada ona hər şeydən əvvəl “sülh və qaradərililərin hüquqları uğrunda mübariz” kimi yanaşır, lakin boksçu kimi hörmət edirdilər. Çempionun ağırçəkili sovet boksçuları Pyotr Zayev, Yevgeni Qorstkov və İqor Vısotski ilə keçirdiyi sappinqlər (məşq döyüşü-tərc.) sovet televiziyasında nümayiş etdirildi. Şahidlər xatırlayırlar ki, bunlar heç də əsil döyüş deyildi və Əli hər döyüşdə müxtəlif üsullar sərgiləyir, hətta müəyyən qədər şitlik edirdi. Üçdəqiqəlik raundlar Zayevin qələbəsi, Qorstkovun məğlubiyyəti və Vısotskinin ilə heç-heçəsi başa çatdı.

Onu Brejnyevin özü qəbul etdi və çempiona “Kiçik torpaq” kitabını və üstündə adı yazılmış saat bağışladı. Muhamməd Əli bütün bunlar haqda vətənə döndükdən sonra mətbuat konfransında söhbət açdı. Lakin sovet mətbuatı o zaman yazmadı ki, Əli Moskvadan başqa Özbəkistana səfər etdi və Uluqbəy rəsədxanasını, məscidi ziyarət etdi.

 

Həyatda döyüşçü

 

Əli 1976-cı ilin payızında bildirdi ki, böyük idmanı tərk və özünü dinə həsr etmək qərarına gəlib. İctimaiyyət Əlinin bəyanatını bədgümanlıqla qarşıladı və o, yeni döyüşü elan edərkən az adam təəccübləndi. 1978-ci idə daha gənc Leon Spinkslə döyüşdə məğlub oldu, lakin səkkiz aydan sonra xal hesabı ilə qalib gəlib titulu qaytara bildi. Əli karyeranı  çempion statusunda başa vursaydı, çoxları şad olardı – boksçu vaxtının çoxunu kinematoqrafa həsr edib bu qərarı təxirə salırdı. Lakin Əli 1980-ci ilin oktyabrında Larri Holmsa və 1981-ci ilin dekabrında Trevor Berbikə uduzulan iki döyüşdən sonra idman karyerasının başa çatdığını elan etdi.

1984-cü ilin aprelində bildirdi ki, ad-sanını öz dininə diqqət çəkmək üçün istifadə etmək niyyətindədir, lakin mətbuatın diqqəti daha çox danışığındakı problem, inamsız yeriş və yuxuculluqla bağlı onun sağlamlıq durumuna yönəlmişdi. Həkimlər Əliyə Parkinson xəstəliyi diaqnozu qoydu və vəd etdilər ki, dərman qəbul etsə, nisbətən normal həyat keçirə bilər.

1989-cu ilin oktyabrında Corc Forman və Co Freyzerlə birlikdə “Həmişəlk çempion” filminin promo-kampaniyasına qatılıb nümayiş etdirdi ki, xəstəliyin aşkar təsirinə baxmayaraq keçmiş çempion ağıl itiliyini nümayiş etdirməyi tərgitmir.

Muhamməd Əli böyük idmandan gedəndən sonra həm keçmiş idmançılar, həm də Çikaqoda onun şərəfinə adlandırılmış İslam  məktəbi üçün pul toplayıb xeyriyyəçilik tədbirlərində fəal iştirak etdi.

1980-ci ildə prezident Cimmi Karterin Afrikadakı özəl təmsilçisi qismində Moskva Yay Olimpiya oyunlarını boykot etməyə fəal çağırışlar etdi, Sülh korpusunun məsləhət şurasının üzvü və Banqladeşin Çikaqoda fəxri konsulu idi.

Əli dörd dəfə ailə qurub, altı övladı var (dördü ikinci, ikisi üçüncü nikahdandır).

 

Tərcümə Strateq.az-ındır.