XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 20:16

Dünyanın ən böyük iftar süfrəsi Məşhəddə açılacaq –3 kilometr uzunluğunda

meshed-1

 

Dünyanın ən böyük iftar süfrəsi bu Ramazanda Məşhəddə – İmam Rzanın (ə) ziyarətgahında 3 km uzunluğunda olacaq.

Strateq.az İslaminsesi.az-a istinadla xəbər verir ki, bu barədə ziyarətgahın idarəsi məlumat verib.

İdarədən bildirilib ki, Ramazan ayı üçün ziyarətgahda zəvvarlar üçün müxtəlif proqramlar nəzərdə tutulub. Onlardan biri də şəhərdə olan və şəhərə qonaq gələn insanlara iftar süfrəsi verməkdir.

O da bildirilib ki, Ramazan ayında gündəlik olaraq 12 min insan iftar süfrəsinin başına oturacaq. Ay ərzindəsə İmam Rzanın iftar süfrəsindən 360 min insanın bəhrələnəcəyi bildirilir.

İdarənin rəsmiləri bildirib ki, bu iftar süfrəsi dünyanın ən böyük süfrəsi olacaq.