XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 15:04

Hər birimizin damarındadüşmənimizin qanı axır?

 

DNT

Müasir dünyada millətlərarası ədavətin mənasızlığını əyani şəkildə sərgiləyən videoçarx internetdə getdikcə daha çox populyarlıq qazanır.

Strateq.az rusvesna.su-ya istinadən bildirir ki, qeyri-adi eksperimentin müəllifləri bu və ya başqa bir milləti sevmədiyini bildirən 67 nəfərin DNT-i testdən keçiriblər. Yekunda məlum olub ki, onların hər birinin damarında “düşmən” qanı axır. Məsələn, kürd qızına deyiblər ki, onda türk qanı axır, almanlara nirfətdən danışan ingilis isə özünün alman mənşəyi haqda öyrənib.

İnsanların bu cür şoka salan məlumatlara reaksiyasını nümayiş etdirən çarx  iyunun 1-də yayımlanıb və YouTube-da artıq 4,3 milyon baxış toplayıb.

Eksperimentin fransalı iştirakısı deyib ki, bu cür test hökmən bütün dünyada keçirilməlidir və o zaman ekstremizmə və  millətçiliyə son qoyulcaq.