XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2016 - 09:55

Mars sakinlərinin seçimi başlandı –onlar geri dönməyəcəklər

Mars surface close to equator 

Mars One Project layihəsinin rəhbəri Marsı məskunlaşdırmağa  iddialıların siyahısını elan edib.

Strateq.az Rusiya nəşrinə istinadən xəbər verir ki, siyahıda dörd rusiyalı qadın daxil olmaqla 100 nəfər var.

Agence France-Presse-in xəbər verdiyi kimi, Mars layihəsinə qatılmaq üçün əvvəlcə 140 ölkədən 200 min nəfər istəyini bildirib. Xatırladaq ki, Mars One Project Bas Lansdorpun rəhbərlik etdiyi özəl layihədir.

Siyahı ilkin arıdılmadan sonra 100 nəfərədək azaldı. Namizədlər indi üçüncü seçim turunun sınaqlarından keçəcək və bundan sonra onların sayı 40-adək azalmalıdır. Bunların 24-ü 2026-cı ildə Marsa göndəriləcək missiyanın tərkibinə daxil ediləcək. Mars One Project təmsilçilərinin sözlərinə görə, namizədlərin keçəcəyi testlərin 90%-i NASA-nın uçuşqabağı hazırlığının oxşarıdır.

Layihənin rəsmi saytında deyilir: “İddiaçılar Marsda sağ qalmaq üçün beş gün müddətində müxtəlif sınaqlardan keçəcəklər”.

Qruplar bir sıra kriteriyalar nəzərə alınmaqla formalaşdırılacaq: kişi və qadınların nisbəti 50:50, iştirakçılar müxtəlif yaşlarda və müxtəlif millətlərdən olmalıdır. Sakinlərin geri dönəcəkləri nəzərdə tutulmur.