XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2016 - 06:11

Rusiya Dumasının 102 deputatı boşanıb –Gəlirlərini gizlətmək üçün

duma-1

Dövlət Dumasının hazırkı (VI) çağırışının deputatlarının dörddə biri artıq boşanıb. Bu barədə Rusiya Kommunist Partiyasının deputatı Vadim Solovyov ictimaiyyətə məlumat verib.

Musavat.com Rusiyanın “Novaya qazeta” qəzetinə istinadən bildirir ki, Vadim Solovyov depuatalar arasında saxta evililik və boşanmaların artdığına diqqət çəkib.

V.Solovyov bildirir ki, deputatlar öz gəlirlərini həyat yoldaşlarına ötürüb, bəyan etməmək üçün onlardan “boşanırlar”. Bununla bərabər onlar faktiki nikahlarını qoruyub saxlayırlar.

Deputat hazırladığı yeni qanun layihəsində deputatların boşandıqları və faktiki olaraq nikah münasibətində olduqları şəxslərin də gəlirlərinin yoxlanmasını təklif edib.

Maraqlıdır ki, bu il Rusiya Dövlət Dumasının 102 deputatı boşanıb. Bu isə hər 4 deputatdan birini təşkil edir. Qeyd edək ki, keçən il hər 7  deputatdan biri boşanmışdı.

Sonuncu belə boşanma faktı deputat İrina Yarova ilə bağlıdır. 2015-ci ildə xanım Yarova 5 milyon rubl gəliri və bir mənzili olması barədə bəyannamə verib. 2014-cü ildə isə deputatın həyat yoldaşının gəlirləri xanım Yarovanın 5 milyonluq  gəlirindən əlavə 7 milyon rubl təşkil edib.

2013-cü ildə isə "New York Times" qəzeti İrina Yarovanın Moskvanın elit evlərindən birində 36 milyon rublluq mənzilini aşkar etmişdi.

İrina Yarova mənzilin artıq o dövrdə həddi-büluğa çatmış qızının adına olduğunu bildirib (Çünki qanuna görə deputatlar həddi-büluğa, yəni 18 yaşına çatmayan övladlarının da gəlirlərini bəyan etməyə məcburdurlar).

Yeri gəlmişkən, İrina Yarova Dövlət Dumasının korrupsiyaya qarşı mübarizə üzrə üzrə komitənin sədridir. 

musavat.com