XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 June 2015 - 16:09

Alimlərdən xəbərdarlıq: Yer kürəsi ölümün yeni mərhələsinə qədəm qoyub

Yer üzündəki canlı aləm ölümün yeni mərhələsinə qədəm qoyub və ilk qurbanlardan biri insanların özü ola bilər. ABŞ-ın üç universitetinin – Stenford, Prnston və Berkli – alimləri bu qənaətə gəliblər. Alimlər hesablayıblar ki, fəqərəlilər adi şəraitdəkindən 114 dəfə sürətlə yox olur. Mütəxəssislərin qənaəti: “Biz altıncı böyük ölüm mərhələsinə daxil oluruq”.

Bu cür son hadisə 65 milyon il öncə baş verib. Alimlərin bu gün əmin olduğu kimi, o zaman Yer kürəsinin böyük meteoritlə toqquşması nəticəsində bütün dinozavrlar qırıldı.

ölüm növbəsində birinci insanlardır

ölümə iqlim dəyişiklikləri, meşələrin qırılması və ərtaf mühitin çirklənməsi səbəb olur.

İndiki araşdırmalrın müəlliflərindən biri Cerardo Seballos iddia edir: “Yoxolma dayandırılmasa, əvvəlki həcmdə həyatın bərpası üçün milyon il lazım gələcək və ilk yox olanlardan biri insanlar olacaq”.

Qeyd olunur ki, yoxolmanın tempi yüz dəfələrlə artıb. Təkcə 1990-cı ildən bəri fəqərəlilərin 400-dən çox növü yox olub. Adi dövrlərdə bu cür itki 10 min ilə baş verir.

Ekosistemlərin məhv edilməsində domino effektini nəzərə alan alimlər deyirlər ki, arıların bitkilərin tozlandırması artıq üçüncü nəsildən sonra dayana bilər.

Əyləşdiyimiz budaq

Stenford universitetinin professoru Pol Erlix deyir: “Bütün dünya üzrə məhkum olunmuş növlərin çoxsaylı nümunələri var. Biz əyləşdiyimiz budağı hərfi mənada mişarlayırıq”.

Madaqaskarda lemurların hamısı qırılma həddindədir

Beynəlxalq təbiəti mühafizə birliyinin məlumatına görə, hər il heyvanların, demək olar, 50 növü məhvolma həddinə yaxınlaşır. ümumilikdə suda-quruda yaşayanların 41, məməlilərin isə 25%-ini yoxolma təhdid edir.

Məsələn, lemurlar ən yaxın illərdə tamamilə yox ola bilər.

Strateq.az