XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2016 - 16:03

“Facebook”da yenilik –Şərhlərə video əlavə etmək imkanı yarandı

facebook

“Facebook” sosial şəbəkəsində yazılan şərhlərə video əlavə etmək imkanı yaranıb.

Yenilik artıq sosial şəbəkənin brauzer versiyasında işləyir və yaxın zamanlarda mobil əlavədə də istifadəyə veriləcək. “Facebook”un üz qapağında yerləşdirilən məlumata görə, yeni interfeysin tərtibatı ilə London, Nyu-York, Sietl və Menlo-Parkdan olan mütəxəssislər məşğul olublar. İlkin məlumata görə, tezliklə sosial şəbəkənin dizaynı kardinal dəyişikliyə məruz qalacaq, ancaq hələlik bununla bağlı dəqiq heç bir məlumat yoxdur.

Bu yenilik istifadəçilərin dəstək xidmətində yazdıqları istəkləri ilə baş tutub. Ümumilikdə şərhlərdə video yazı yerləşdirmək imkanı yazmaq istəyi ilə bağlı yüz mindən artıq məlumat əldə olunub.

Lent.az