XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 01:39

Qəzzafinin xəncəri İstanbulda ələ keçdi –10 milyon dollara satılacaqmış

qezzafi-xencer

Liviyanın öldürülmüş lideri Müəmmər Qəzzafinin xəncəri İstanbulda tapılıb.

Axar.az xəbər verir ki, ölkədə dövlət çevrilişi baş verdiyi vaxtlarda Qəzzafinin sarayından oğurlanan fil dişindən hazırlanmış, qızıl, zümrüd, brilyant, sapfir və yaqut daşlarla bəzənmiş xəncər 10 milyon dollara satılarkən ələ keçirilib. Xəncəri satmağa çalışan iş adamı və başqa iki nəfər polis nəzarətinə götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, bahalı xəncər səudiyyəli iş adamlarına satılacaqmış.

Adı açıqlanmayan mardinli iş adamı xəncəri liviyadakı müxalif qruplardan 4,6 milyon dollara aldığını deyib.