XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2016 - 18:56

İspaniya millisinin qapıçısı 50 illikrekordu təzələdi

İspaniya milli komandasının qapıçısı David de Xea Avropa çempionatlarında seçmə mərhələ də daxil olmaqla 50 illik rekordu təzələyib.

Azərtac “Marca” qəzetinə istinadla xəbər verir ki, 26 yaşlı qolkiper yığmada ardıcıl beşinci matçda qapısını toxunulmaz saxlayıb. De Xea İspaniyanın yığmasının Türkiyə millisinə 3:0 hesabı ilə qalib gəldiyi oyunadək Lüksemburq, Makedoniya, Ukrayna və Çexiya millilərinə də fərqlənmək imkanı verməyib.

Bundan əvvəlki rekord İngiltərə yığmasının sabiq qapıçısı Qordon Benksə məxsusdur. O, 1966-cı ildə millinin heyətində dörd rəsmi matçda qapısını toxunulmaz saxlayıb.